Yeni koronavirus pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi qaydalarının icrasına nəzarət etmək məqsədilə Masallı Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində növbəti reyd keçirilib.
Hafta.az xəbər verir ki, reyd zamanı şəhərin ticarət və ictimai iaşə obyektlərində xüsusi karantin rejimi qaydalarına əməl olunması, gigiyenik vasitələrdən, tibbi maskalardan istifadə edilməsi və vətəndaşlar tərəfindən sosial məsafənin gözlənilməsi ilə bağlı yoxlamalar aparılıb.
Yoxlamalar zamanı xüsusi karantin rejimi qaydalarını pozduğuna görə iki ticarət obyektinin hər biri 200 manat və 4 nəfər hər biri 100 manat olmaqla, ümumilikdə, 800 manat məbləğində inzibati qaydada cərimələnib.